Azərbaycanda İKT sahəsinə aid 112 ixtisas üzrə beynəlxalq test üçün imkan yaradılıb
VUE test mərkəzi vasitəsilə Azərbaycan İT mütəxəssisləri Cisco Systems, Adobe, Citrix Systems, Inc., CompTIA Testing, EMC, Linux, Novell Testing, Oracle, RSA Security Testing, VMware, Zend Technologies və bir çox digər beynəlxalq imtahanlarını verə bilər. İKT Mərkəzdən SİA-ya verilən xəbərə görə, sözügedən testdən Pearson VUE şirkətini Azərbaycanda təmsil edən "Sentr Znaniy Azərbaycan"da keçmək mümkün olacaq. Pearson VUE verilənlərin idarəedilməsi məqsədilə testlərin işlənib hazırlanması üçün tam xidmətlər dəstini təklif edir və dünyanın 165 ölkəsini əhatə edən geniş və təhlükəsiz test mərkəzləri şəbəkəsi vasitəsilə imtahanların keçirilməsini təmin edir.
"Cisco sertifikatlaşdırılması informasiya və kommunikasiya texnologiyaları sahəsində çalışan mütəxəssislərin ən yüksək peşəkar səviyyəsini təsdiq edən dəyərli sübutlardan biridir. Tərəfdaşımız "Sentr Znaniy Azərbaycan" şirkəti bazasında Pearson VUE avtorizasiyalı test mərkəzinin işə salınması sayəsində İT mütəxəssislər sertifikatlaşmadan keçib daha böyük peşəkar uğurları əldə etmək imkanını əldə etmiş olublar", - deyə Cisco Systems şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Rövşən Əkbərov qeyd edib.
Sentr Znaniy bazasında olan Pearson VUE avtorizasiyalı test mərkəzi dünyanın aparıcı proqram istehsalçılarının sertifikasiyalı imtahanlarını vermək imkanını verir. "Sentr Znaniy Azərbaycan" şirkətinin direktoru Səbinə Legeyda qeyd edib ki, Pearson VUE və Prometric avtorizasiyalı test mərkəzlərinin statusları tədris mərkəzimizə, demək olar, bütün əsas İT istiqamətlər üzrə sertifikasiya keçirməyi imkan verir. Onun sözlərinə görə, bu, bizim Azərbaycanın ən yüksək ixtisaslı tədris mərkəzi olmaq üçün atdığımız hələ son addım deyil.
Pearson VUE - Pearson Education korporasiyasının bir hissəsidir. Pearson Education - Cisco Systems, CompTIA və dünyanın bir çox digər proqram təminatı istehsalçılarının məhsulları üzrə kompüter sertifikasiya testləşməsini təqdim edən tanınmış test provayderidir. Virtual University Enterprises şirkəti 1997-ci ildə yaradılmışdır. Bu qlobal elektron testləşmə xidmətinin hazırda dünyanın 120-dən çox ölkəsində 3400-dən çox avtorizasiyalı test mərkəzləri var.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB