Türkiyənin “Тurkish Airlines” aviaşirkəti İran və İraqa uçuşları dayandırıb
Türkiyənin "Тurkish Airlines" Hava Yolları aviaşirkəti İran və İraqa uçuşları cümə axşamı saat 21:00-dək dayandırıb.
SİA "RİA Novosti" yə istinadən xəbər verir ki, bu barədə aviaşirkətin nümayəndəsi məlumat verib. "Aviaşirkətimiz İran və İraq hava limanlarına edilən bütün uçuşları yanvarın 9-u saat 21:00-a qədər təxirə salmağı qərara alıb", - mənbə bildirib.
Qeyd edilib ki, sözügedən ölkələrə uçuşların dayandırılması vəziyyətdən asılı olaraq uzadıla bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB