"500 milyon dollarlıq qaçaqmalçılığın qarşısı alınıb" Komitə sədri

"500 milyon dollarlıq qaçaqmalçılığın qarşısı alınıb" Komitə sədri

"Gömrük xidmətində aparılan sağlamlaşdırmanın nəticəsində qaçaqmalçılığın qarsışı alınıb. Ümumilikdə 500 milyon dollar həcmində qaçaqmalçılıq faktı ilə aşkarlanmış mallar götürülüb". SİA-nın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Xarici ticarət iştirakçılarının II Respublika Forumu"nda deyib.

DGK-nin sədri qeyd edib ki, bu malların əsas hissəsini narkotik vasitələr təşkil edib: "Aparılan islahatların Dövlət Gömrük Komitəsi üzərinə düşən missiyanı həyata keçirməkdə israrlı olmasını və eyni zamanda buna qadir olduğumuzu sübut edir".

Qeyd edək ki, bu gün Bakıda "Xarici ticarət iştirakçılarının II Respublika Forumu" keçirilir. Forumda 900-ə yaxın sahibkar iştirak edir. Forumda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və başqa rəsmi şəxslər iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə