Uzunluğu 11,4 kilometr olan Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, Ucar-Zərdab-Ağcabədi avtomobil yolundan ayrılan yerli əhəmiyyətli Zərdab–Qaravəlli avtomobil yolu IV texniki dərəcəlidir və 4 kəndin 4 mindən artıq əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir.
Layihə çərçivəsində yeni yol yatağı inşa edilib, suların ötürülməsi məqsədilə 456 poqonmetr dəmir, həmçinin 72 poqonmetr dəmir-beton borular quraşdırılıb, eləcə də asfalt-beton örtüyü döşənib.
Eyni zamanda, avtobus dayanacaqları tikilib, 306 siqnal dirəyinin, 52 yol nişanı və 11 kilometr yolgöstəricisinin quraşdırılması, həmçinin xətlənmə işləri aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB