“Kənd təsərrüfatı sahəsində tətbiq etmək üçün Azərbaycana 10-15 ədəd dronun gətirilməsi nəzərdə tutulub”.
SİA xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Toğrul Qafarbəyli bildirib.
Sektor müdirinin sözlərinə görə, dronlardan 1-i pilot layihə çərçivəsində artıq ölkədədir: “Dron nazirliyin Bitkiçilik İnstituna təhvil verilib. İnstitutun mütəxəssisi ondan istifadə ilə bağlı kurs keçəcək. Bundan sonra digər yerli mütəxəssislər də drondan istifadə edə biləcəklər. Fermerlər dronları icarə qaydasında əldə edəcəklər”.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB