Qətər OPEK-i tərk edir – Simvolik, yoxsa strateji qərar?

Qətər OPEK-i tərk edir – Simvolik, yoxsa strateji qərar?

Qətər 1 yanvar 2019-cu ildən OPEK-i tərk edir. Belə ki, bu barədə ölkənin energetika naziri Saad bin Şərid əl-Kaabi deyib.

Onun sözlərinə görə, təşkilatın rəhbərliyi bu barədə məlumatlandırılacaq. SİA Reyters-ə istinadən xəbər verir ki, bu informasiyanı Qatar Petroleum dövlət şirkəti də təsdiqləyib.

Qətərli nazir izah edib ki, Qətər OPEK-i dünya arenasındakı mövqelərinin güclənməsi mümkünlüyünü dəqiqləşdirdikdən sonra tərk edəcək. “Bu, texniki və strateji addımdır və 2017-ci ilin yayında Səudiyyə Ərəbistanının və BƏƏ-nin Qətərə elan etdiyi siyasi, yaxud iqtisadi boykotla əlaqəli deyil”, nazir bildirib.

O, həmçinin deyib ki, Qətər sıxılmış təbii qaz istehsalatının inkişafını və artırılmasını 77 milyondan 110 milyon tona qədər artırmağı düşünür. “Qətər hazırda sıxılmış qazın eksportunda dünya lideridir”, Saad bin Şərid əl-Kaabi deyib.

Xatırladaq ki, OPEK (The Organization of the Petroleum Exporting Countries, OPEC) — 1960-cı ildə neft istehsalı edən ölkələr arasında yaradılmış beynəlxalq dövlətlərarası təşkilatdır və neft istehsalının kvotasına nəzarət edir. Hazırda bu təşkilata 15 ölkə - Əlcəzair, Anqola, Venesuela, Qabon, İraq, İran, Qətər, Konqo, Küveyt, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı, Ekvador və Ekvatorial Qvineya daxildir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə