Bu ədalət və beynəlxalq hüququ müdafiə etmək məqsədilə yaradılıb AÇIQLAMA
“Qoşulmama Hərakatının 120 üzvü var. Amma baxmayaraq ki, Azərbaycan bu hərakatda 2011-ci idən qoşulub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib.
Onun sözlərinə görə, əslində onun tələblərinə ən çox uyğun gələn və potensialından yararlanmağı bacaran az sayda dövlətlərdən də biri bizik: “ Cənab Prezidentin Qoşulmama Hərakatına üzv dövlətlərin xarici işlər nazirlərinin Bakıdakı toplantısında vurğuladığı kimi bu qurum sadəcə neytrallıq sərgiləmək üçün platforma deyil, əslində pozulan ədalət və beynəlxalq hüququ müdafiə etmək məqsədilə yaradılıb. Bu yöndə ən çox çalışan dövlətlərdən də biri məhz bizik. Bəli Azərbaycanın neytral dövlətdir. Amma bizim neytrallığımız passiv mahiyyət daşımır. Biz milli maraqlarımız tələb etdiyi təqdirdə üçtərfli və çoxtərfli əməkdaşlıq formatlarına da baş turur, bir sıra hallarda bunun təşəbbüsçüsü kimi çıxış edirik. Ancaq, o yerdə ki, asılılıq və bloklararası qarşıdurma var biz orda yoxuq. Məhz Qoşulmama Hərakatının fəal üzvü olmağımız səbəbindən ona üzv dövlətlərin də dəstəyilə biz BMT Təhlükəsizlik Şurasının üzvü ola bildik. Məhz bu qurum ölkəmizin torpaq bütövlüyünə tam dəstəyini bildirdi. Ümid edirənm ki, Prezident İham Əliyevin də vurğuladığı kimi Qoşulmama Hərakatına üzv dövlətlər “Ekspo 2025”-in Bakıda keçirilməsini dəstəkləyəcəklər. Nəzərə alsaq ki, növbəti 3 ildə bu hərakata sədrliyi biz edəcəyik onda onun potensialından bir çox məqsədlər üçün faydalanacağımız şübhəsizdir ki, bunların da içində ön sırada Dağlıq Qarabağ problemi durur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB