Muxtar respublikanın Babək rayonunun Şəkərabad kəndində su və kanalizasiya sistemlərinin qurulmasına başlanılıb. Tikinti işləri “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı - III” layihəsi çərçivəsində həyata keçirilir.
Layihəyə əsasən kənddə müxtəlif diametrli borularla içməli su və kanalizasiya xətləri çəkiləcək, əhali təmiz və keyfiyyətli içməli su ilə təmin olunacaq. Hazırda kanalizasiya xətlərinin çəkilişi davam etdirilir. Su xətlərində isə xətlərin çəkilişi ilə yanaşı, ev birləşmələri də aparılır, sayğaclar quraşdırılır. İndiyədək işlərin 25 faizi görülüb.
Tikinti işlərinin bu ilin may ayının sonlarında yekunlaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, muxtar respublikada regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində şəhər mərkəzi ilə yanaşı, kəndlərdə də müasir infrastruktur yaradılır. Babək rayonunda da bu işlər uğurla davam etdirilir. 2017-ci ilin avqust ayında Şıxmahmud və Xəlilli kəndlərində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB