Depozit hərracında tələb təklifi üstələyib

Depozit hərracında tələb təklifi üstələyib

Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

AMB-dən SİA-ya verilən məlumata görə, hərracda tələb 318,0 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,30% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifi 27,2% üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 250 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə