61-ci Nobel laureatlarının görüşünə Azərbaycan da namizəd təqdim edə bilər
26 iyun - 1 iyul 2011-ci il tarixlərində Almaniyanın Lindau şəhərində ənənəvi olaraq 61-ci Nobel laureatlarının görüşü keçiriləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Fiziologiya, tibb və əlaqəli sahələrə həsr olunacaq görüşün məqsədi 25 Nobel laureatı və 500 seçilmiş gənc tədqiqatçıları bir araya yığmaq, elm xadimlərinin gənclərlə bilik mübadiləsini təmin etməkdən ibarətdir.
Gənc alimlərin Nobel laureatları ilə Lindau şəhərində beynəlxalq görüşü "Öyrətmək. Şövqləndirmək. Birləşmək." şüarı altında təşkil olunacaq. Nobel Laureatları cari elmi mətnlər üzrə mühazirələr oxuyacaq və gənc tədqiqatçıların onlarla birbaşa əlaqə qurma və onların mühazirələrindən yararlanma imkanları olacaq.
İslam Konfransı Təşkilatının (İKT) Elm və Texniki Əməkdaşlıq üzrə Daimi Komitəsi (COMSTECH) sözügedən tədbirim elmi əməkdaşı kimi İKT-yə üzv dövlətlərdən Lindau görüşünə 20 nümayəndə göndərmək hüququna malikdir.
Xatırladaq ki, Azərbaycan da İKT-yə üzv ölkə kimi görüşə öz namizədlərini təqdim edə bilər. Lindau Nobel mükafatı qalibləri Fondu seçilən hər bir namizədə nəqliyyat, mənzil və iştirak haqqı daxil olmaqla 2.500 avro pul ayıracaq. Namizədlər 30 yaşından aşağı olmalı və ingilis dilini sərbəst bilməlidir. Namizədlər aşağıda göstərilən 3 kateqoriya üzrə müvafiq tələblər nəzərə alınmaqla seçilir:
Universitet tələbələri:
- təbiət elmləri və biologiya/tibb sahəsində ümumi bilik;
- praktik və ya laboratoriya təcrübəsi.
Magistratura və ya doktorantura tələbələri:
- əla qiymətlər;
- müvafiq tədqiqat təcrübəsi.
Elm xadimləri:
- doktoranturadan sonra 5 ilə yaxın təcrübə;
- elmi tədqiqat işləri üzrə nəticələrin nəşri;
- işlərin beynəlxalq elmi görüşlərdə təqdim olunması (mühazirə təcrübəsinə üstünlük verilir).
Görüşdə iştirak etmək istəyən gənc tədqiqatçılar 26 oktyabr 2010-cu il tarixinə kimi öz anketlərini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyəti inkişafı şöbəsinə göndərə bilərlər. Əlavə məlumat üçün telefon nömrəsi – 598-38-70

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB