SOCAR Rumıniyada yanacaqdoldurma məntəqələrinin sayını artırır

SOCAR Rumıniyada yanacaqdoldurma məntəqələrinin sayını artırır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada yanacaqdoldurma məntəqələrinin sayını artırmağı planlaşdırır. Trend-in məlumatına görə, Rumıniyada SOCAR-ın sayca 38-ci olacaq yanacaqdoldurma məntəqəsi Satu-Mare şəhərində açılacaq.

Hazırda SOCAR-ın yanacaqdoldurma məntəqələri Rumıniyanın 18 regionunda fəaliyyət göstərir. Bundan başqa SOCAR-ın yanacaqdoldurma məntəqələri Gürcüstan, Ukrayna və İsveçrədə də mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə