Özbəkistan Azərbaycanın təcrübəsini tətbiq edəcək

Özbəkistan Azərbaycanın təcrübəsini tətbiq edəcək

Özbəkistan hökuməti elektron viza verilməsində Azərbaycanın və Gürcüstanın təcrübəsini tətbiq edəcək. Özbəkistan KİV-i xəbər verir ki, ölkənin Dövlət Turizm Komitəsi hazırda bu məsələ üzərində işləyir.

Qeyd edilib ki, elektron viza sistemi dünyanın müxtəlif ölkələrində tətbiq olunur və müsbət nəticələrini verir. Azərbaycan və Gürcüstanın təcrübəsi Özbəkistana daha çox uyğundur.

Xatırladaq ki, Azərbaycan Prezidentinin Fərmanı ilə 2016-cı il iyunun 1-dən ölkədə “ASAN Viza” sistemi tətbiq olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə