Artıq dünyada iqtisadi inkişafın Azərbaycan modeli formalaşır AÇIQLAMA
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son günlər ərzində region dövlətlərinin rəhbərləri ilə görüşməsi, bütün sahələr daxil olmaqla qarşılıqlı səmərəli əməkdaşlığın inkişaf etdirilməsindən xəbər verir. Prezidentin təşəbbüskarı olduğu bütün bu görüşlər çərçivəsində əldə olunan razılaşmalar yaxın gələcəkdə region üçün olduqca pozitiv nəticələr vəd edir. Bu sözləri SİA-ya açıqlamasında QHT-sədri Səbuhi Abbasov deyib.
Onun sözlərinə görə, artıq dünyada iqtisadi inkişafın Azərbaycan modeli formalaşmaqdadır. Ölkəmiz dünyaya səs sala biləcək iqtisadi layihələrə imza atıb. Həyata keçirilən və reallaşan Bakı-Tbilisi-Qars dəmiryol layihəsi dünyada böyük rezonans doğurdu.
Ölkəmizin dünya iqtisadiyyatında tutduğu mövqe hər il güclənməkdədir. Bu da sırf Azərbaycanda aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir. İran-Rusiya-Azərbaycan prezidentlərinin son görüşü regionun iqtisadi mühitində yeni səhifə açacaq. Artıq böyük güclər belə regionla bağlı layihələr də ölkəmizin mövqeyini nəzərə alacaq, iqtisadi tələblərimizlə razılaşacaqlar. Bu həm də Azərbaycanın etibarlı iqtisadi tərəfdaş rolunda çıxış etməsindən qaynaqlanır və vahid iqtisadi blokun yaradılması ölkəmizə ancaq iqtisadi dividentlər gətirə bilər”.
Səbuhi Abbasov qeyd edib ki, Azərbaycan-İran-Rusiya üçtərəfli formatı regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, bölgədə əməkdaşlıq mühitinin stimullaşdırılması, ölkələr arasında iqtisadi-ticari əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platformadır. Bu səmimi dostluq əlaqələri, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq regionun aktual məsələlərinin həlli üçün böyük önəm daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB