Niyaməddin Orduxanlı: “Əli Kərimlinin məqsədi dağıdıcılıqdır" AÇIQLAMA

Niyaməddin Orduxanlı: “Əli Kərimlinin məqsədi dağıdıcılıqdır" AÇIQLAMA

“Milli Şura deyilən qurumun keçirdiyi mitinq cəmiyyətin dəstəyini qazanmayıb. Yəni onların keçirdiyi mitinqlər kütləvi xarakter almayıb. Orada toplaşanlar Əli Kərimlinin ətrafında olan partiya üzvlərinin yaxınlarıdır”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

O bildirib ki, Ə.Kərimli və ətrafındakılara xalq heç vaxt dəstək verməyib: “Əli Kərimli hər kəsdə özü haqda xəyanətkar obrazı yaradıb. Belə bir xəyanətkar adamın ciddi dəstək qazanmasını qeyri-mümkün sayıram. Azərbaycan konstitutsion ölkədir, demokratik prinsiplərlə fəaliyyət göstərir. İstənilən vətəndaşın sərbəst toplaşmaq azadlığı var. Yəni burada qeyri-adi hadisə yoxdur. Əli Kərimlinin aparmaq istədiyi siyasət dağıdıcılığa, radikalizmə söykənir. Onunla mitinqdə iştirak edən insanlar İranın və digər xarici dairələrin təsirində olanlardır. Bu gün Əli Kərimlinin söykəndiyi baza həmin eloktratdır. Onların da Azərbaycan cəmiyyətində böyük gücləri, potensialları yoxdur”.

BAXCP-nin sədr müavini vurğulayıb ki, Milli Şuranın keçirdiyi mitinqlər xaricdən gələn sifarişlərdir: “Bilirsiniz ki, Avropa Şurasında Azərbaycana qarşı təzyiq kampaniyası keçirilir. Orada Azərbaycan əleyhinə iki qətnamə qəbul olunub. Bu kütləvi aksiyalarda da qara qüvvələr məhz Əli Kərimlidən istifadə edir, öz tapşırıqlarını verib planlarını həyata keçirməyə çalışırlar. Dəfələrlə sübut olunub ki, Əli Kərimli üçün sifarişi kimin verməyi vacib deyil. Əsas odur ki, o, maliyyə əldə edə bilsin.”

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə