Azərbaycanla MDB arasında ticarət dövriyyəsi nə qədərdi?

Azərbaycanla Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında ticarət dövriyyəsi illik müqayisədə 18,8% artaraq 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 2 259,005 mln. ABŞ dolları təşkil edib.

Azərbaycandan MDB ölkələrinə ixrac illik 47,79% artaraq 2017-ci ilin ilk doqquz ayı ərzində 640,166 mln. ABŞ dollarına yüksəlib. Ölkə üzrə cəmi ixrac əməliyyatlarının 7,8%-i məhz MDB ölkələri ilə həyata keçirilib. Bu müddətdə Azərbaycana MDB ölkələrindən idxal da 10,29% artaraq 1 618,839 mln. dollara çatıb. Ölkəyə cəmi idxalın 26,21%-i MDB ölkələrinin payına düşüb.

Beləliklə, Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin 978.673 mln. dollarlıq mənfi saldosu yaranıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% azalma deməkdir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə