İran Türkmənistan qazının Türkiyəyə ixrac edilməsinə müsbət baxmır

İran Türkmənistan qazının bu ölkə üzərindən svop əməliyyatlarla Türkiyəyə ixrac edilməsinə müsbət baxmır. SİA xəbər verir ki, bunu İranın milli qaz şirkətinin direktoru və neft nazirinin müavini Həmid Reza Əraqi bildirib.

Məlum olduğu kimi, hazırda Azərbaycan da İran vasitəsilə türkmən qazı alır.

Neft nazirinin müavini xüsusi vurğulayıb ki, İranın bu qərarı Azərbaycana şamil edilməyəcək və türkmən qazı Azərbaycana İran üzərindən nəql olunmağa davam edəcək.

Qeyd edək ki, Azərbaycan tərəfi SOCAR-ın qaz anbarlarının kommersiya potensialından tam yararlanmaq məqsədi ilə əsasən yay aylarında aşağı qiymətlə xaricdən əlavə qaz həcmlərini alıb, tədarük edir, qiymətlərin daha yüksək olduğu qış mövsümündə isə məhz xaricdən idxal olunmuş həmin qaz həcmlərini ixrac etməklə əlavə gəlir əldə olunur.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə