"Ölkəmizin iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlamaqdadır" MÖVQE

"Ölkəmizin iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlamaqdadır. Hazırda dövlətin iqtisadi siyasətinin əsas məqsədlərindən biri dünya iqtisadiyyatında baş verən mənfi iqtisadi proseslərin təsirin qarşısını almaqdır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Azərbaycanda makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində mühüm addımlar atıldığını xatırladan deputat söyləyib ki, həyata keçirilən tədbirlər Azərbaycanın bu hədəfə doğru uğurla getdiyini göstərir. Bildiyiniz kimi 2016-cı ildən ölkəmizdə islahatların yeni mərhələsi başlayıb: "Bu islahatlar Azərbaycanın sosial-iqtisadi inkişafına xidmət edir. Bu islahatların uğurla reallaşmasına keçirilməsinə ölkəmizdə əvvəlki illərdə yaradılmış nəhəng maliyyə-iqtisadi potensial hesabına formalaşmış ehtiyatlar və mövcud ictimai-siyasi sabitlik etibarlı zəmin yaradır. Şübhəsiz ki, hazırda həyəta keçirilən qətiyyətli tədbirlər, islahatlar pesrpektivdə əhəmiyyətli nəticələr verəcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...