SOCAR avqustda 626 min ton neft hasil edib

SOCAR avqustda 626 min ton neft hasil edib

Cari ilin avqust ayında SOCAR üzrə xam neft hasilatı 626,6 min ton olub. Avqustda Azərbaycanda isə ümumilikdə 3 milyon 101,7 min ton neft hasil edilib.

Bu barədə SİA-ya SOCAR-dan məlumat verilib. Cari ilin ilk səkkiz ayında SOCAR üzrə xam neft hasilatı təxminən 4 milyon 963,6 min ton, Azərbaycanda isə ümumilikdə 25 milyon 601,2 min ton təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə