Strateji Yol Xəritəsinin icrası İKT sahəsinin inkişafına səbəb olacaq ŞƏRH
“Bu yaxınlarda Strateji Yol Xəritəsinin icra vəziyyətinin monitorinqinin nəticələri açıqlanıb. Nəticələrdən belə məlum olub ki, 12 Yol Xəritəsindən aşağı nəticələrdən biri icra vəziyyəti olan Telekommunikasiya və İT sahəsi ilə əlaqəli istiqamətdir. Bu sözləri SİA-ya açıqlamasında “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, Yol Xəritəsində İKT ilə əlaqəli işlərin görülməsinə məsul qurum NRYT Nazirliyidir: "Monitorinqin nəticələrinə görə bu sahədə nəzərdə tutulan işlərin hələlik cəmi 9% -i icra olunub. Düşünürəm ki nəticələr reallığı tam əks etdirir. 
Yol Xəritəsində xeyli işlər var ki hələlik icrasına başlanılmayıb. Müstəqil tənzimləyici qurumun - Milli Telekommunikasiya Şurasının yaradılması, İKT bazarının liberallaşdırılması ilə bağlı indiyədək hər hansı rəsmi məlumatlar yoxdur. Yol Xəritəsində elektron hökumət quruculuğunda yeni mərhələnin – mobil hökumətin (mGov) formalaşması məqsədilə yeni konsepsiyanın yaradılması nəzərdə tutulub. Bu sahədə irəliləyişin olmasına ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB