Azərbaycan Prezidenti Balaxanı Sənaye Parkının açılışında iştirak edib

Azərbaycan Prezidenti Balaxanı Sənaye Parkının açılışında iştirak edib

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib. Xəbər verilir ki, iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına Balaxanı Sənaye Parkı barədə məlumat verib.

Dövlətimizin başçısı Balaxanı Sənaye Parkının rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev burada yaradılan sənaye müəssisələri ilə tanış olub.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra Azərbaycan Prezidenti Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə