SOCAR “Borjomi meşələrini birgə xilas edək” aksiyasında fəal iştirak edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən Azərbaycanın müvafiq dövlət orqanları və biznes qurumları Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınları ilə mübarizədə fəal iştirak edirlər. SİA-nın məlumatına görə, SOCAR-ın Gürcüstanda fəaliyyət göstərən törəmə müəssisələri də yanğının söndürülməsi məqsədi ilə qonşu ölkədə başlayan “Borjomi meşələrini xilas edək“ aksiyasına qoşulublar. “SOCAR Georgia Petroleum” şirkəti Borjomi-Xaraqulsk qoruğunda baş vermiş təbii fəlakətlə mübarizə üçün 45 ton təyyarə yanacağı, 10 ton benzin və 10 ton dizel yanacağı ayırıbdır. “SOCAR Georgia Petroleum” kollektivi həmçinin gələcəkdə yanğın nəticəsində məhv olmuş meşələrin bərpasında iştirak edəcəyini, yanğın söndürüldükdən sonra 2 hektar ərazidə agacların əkilməsini öz üzərinə götürməyə hazır olduqlarını da bildiribdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB