Azərbaycanın 10 rayonunda pambıq tədarükü məntəqələri tikiləcək

Azərbaycanın 10 rayonunda pambıq tədarükü məntəqələri tikiləcək

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC Ağcabədi, Ağsu, Biləsuvar, Füzuli, Kürdəmir, Sabirabad, Neftçala, İmişli, Salyan və Yevlax rayonlarında pambıq tədarükü məntəqələrinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üzrə iş və xidmətlərin satın alınması üçün açıq tender elan edib. SİA-nın xəbərinə görə, tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 7-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə sentyabrın 15-nə qədər “Aqrolizinq”in Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 12 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Ruslan Hüseynovdur. Telefon: (012) 452 66 94, (051) 255 92 42, E-poçt: [email protected]

Təkliflərə sentyabrın 18-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə