2017-ci ilin yaz mövsümündə 1 milyondan çox aqrobağ salınıb FOTOLAR
2017-ci ilin ötən dövrü ərzində aqromeşə massivlərinin yaradılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən meşə fondu torpaqlarının meşə ilə örtülü olmayan ərazilərinin 2187 hektarında 1 milyondan çox aqrar əhəmiyyətli zeytun, fındıq, qoz, badam, nar, tut, innab, püstə, ərik və s. cinslərdən ibarət aqrobağlar salınıb.
Müxtəlif meyvə ağaclarından cəmi 17314.7 kiloqram toxum tədarük edilərək 14,03 hektar sahədə tinglik səpini aparılıb. Bundan başqa, kökləndirmə şöbəsində 39,34 hektar sahədə 2261.8 min ədəd çiling basdırılıb, böyütmə şöbəsində isə 0,28 hektarda 12,5 min ədəd, qapalı kök sistemində (polietilen torbalarda) 17,65 min ədəd meyvə tingi yetişdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB