“Cocuq Mərcanlıda görülən işlər diqqətəlayiqdir və bu Ermənistana bir mesajdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, Ermənistana bir daha açıq şəkildə bəyan edilir ki, Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi mövqeyindən heç bir zaman geri çəkilməyəcək və Azərbaycan öz əzəli torpaqlarını işğaldan azad edəcək: “Azərbaycan bayrağı həmin ərazilərdə dalğalanacaq”.
Millət vəkili bildirib ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni silahlı birləşmələrinin işğalından azad edildikdən sonra burada insanların təhlükəsiz yaşaması mümkündür: “Kənd sakinlərinin öz doğma yurdlarına qayıtması üçün həmin ərazilərdə əsaslı yenidənqurma işlərinə başlanılıb və bu işlər davam etdirilir. İlkin mərhələdə 10 hektar ərazidə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri görülüb. 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi avtomobil yolu çəkilib. İnsanların yaşayışı üçün bütün işlər yüksək səviyyədə görülüb. Bütün bunlar Azərbaycan torpaqlarının işğaldan azad olunmasının və “Böyük Qayıdış”ın ilk müjdəsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB