“Savab Dünyası”na start verilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Savab Dünyası" Talassemiya Assosiyasının təşəbbüsünə qoşularaq talassemiyalı uşaqlara yardım məqsədilə sentyabrın 6-dan 2011-ci il yanvar ayının 8-dək keçiriləcək könüllü qanvermə kampaniyasına start verib. Şirkətin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B. Ə. Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə razılaşdırılmış kampaniyada ARDNŞ-nin struktur bölmələrində çalışan işçilərin könüllü olaraq iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, ötən il 6 ay ərzində keçirilən könüllü qanvermə kampaniyasına 3000-dən çox neftçi qatılıb, bu isə 600 nəfər talassemiyalı uşağın həyatına ümid verilməsinə köməklik göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə