"Parabank" Azərbaycanın Sərhəd Qoşunları, DİN, MTN, FHN, prokurorluq, Vergilər Nazirliyi və bir sıra dövlət və icra hakimiyyəti orqanlarına "Vətənpərvər" kredit məhsulunu təqdim edir.
SİA-nın məlumatına görə, bu məhsulun şərtlərinə görə, müştərilər yalnız hazırda xidmət edən hərbi qulluqçular olmalıdırlar. Kredit müddətinin zabitin qulluq müddətindən artıq olmaması vacibdir. Müştərinin həyat və əmək qabiliyyətinin itirilməsinin sığortası mütləqdir.
"Vətənpərvər" kredit məhsulunun vacib şərtləri ondan ibarətdir ki, kreditləşmə 2 formada – kredit nağd şəkildə verilir və yaxud kreditin 50 faizi məbləğində plastik kart (azad ödəniş) və 50 faiz məbləğində nağd şəkildə (annuitet ödəniş) aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB