Prezident ipəkçiliyin inkişafına vəsait ayırıb

Prezident ipəkçiliyin inkişafına vəsait ayırıb

Prezident İlham Əliyev mayın 19-da "Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə