1 ayda 1,8 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub
Cari ilin aprel ayında ölkənin enerji sistemində 1,8 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub.
"Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə ,"Azərenerji" tərəfindən aprel ayında istehsal edilən elektrik enerjisinin həcmi 1,769 milyard kilovat-saatdır.
Bununla yanaşı, ay ərzində ölkənin enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
"Azərenerji" ASC tərəfindən bu ilin ilk 4 ayı ərzində istehsal edilən elektrik enerjisinin həcmi 7,897 milyard kilovat-saatdır. Ötən ilin ilk 4 ayı üzrə isə bu göstərici 7,570 milyard kilovat-saat olub.
Qeyd edək ki, ötən ilin aprel ayı ölkə üzrə 1,676 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB