İnternetdə niyə problemlər var?

Azercell in mobil internet xidmətlərində bir neçə saatdır ki, ciddi problem yaranıb. Bu sözləri SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, mobil internetlə əlaqəli olan xidmətlərin əldə edilməsində və bir sıra əməliyyatların aparılmasında da problemlər var. Azercell-in öz saytının da fəaliyyətində problemlər müşahidə olunur. Azercell şirkəti bunu təkmilləşdirmə işlərinin aparılması ilə izah edib.

Adətən ciddi şirkətlər təkmilləşdrimə işlərinə qabaqcadan hazırlıqlar aparır. Qabaqcadan bu sahə ilə əlaqəli əməkdaşlara ciddi məlumatalar verilir. Bu tip işlər üçün adətən əməkdaşlar gecə növbəsində işə çağrılır və müvafiq təkmilləşdirmələr qeyri-iş saatlarında davam etdirilir. Bütün yenilənmə işlərini də ciddi şirkətlər bu qaydaya riayət etməklə aparırlar.

Milyonlarla müştərisi olan qurumun internet xidmətinin, xüsusilə də üzərində xeyli sayda xidmətlər fəaliyyət göstərən mobil internet xidmətinin kəsilməsi xoşagələn hal deyil. Baş verənlər istifadəçilər və müştərilərin informasiya azadlığının və sahibkarlıq fəaliyyətinin gerçəkləşdirilməsində ciddi əngəllər yaradıb. Düşünürük ki bütün bunlar milyonllarla müştərisi olan qurum üçün ciddi məsuliyyət yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə