Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan prioritetlərdən biri də ölkədə ekoloji təmiz məhsul istehsalının inkişaf etdirilməsidir. Bu məqsədə nail olmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Qax rayonundakı Ekoloji Təmiz Kənd Təsərrüfatı(ETKT) üzrə Regional Təcrübə və Resurs Mərkəzinin təşkilatçılığı ilə müxtəlif istiqamətlər üzrə ekoloji təsərrüfatçılığa keçid mərhələsində olan fermerlər arasında maarifləndirmə işinin genişləndirilməsi, onlara peşəyönümlü məsləhətlərin və müasir informasiyanın verilməsi üçün görüşlər keçirilir.
Mərkəzdən bildiriblər ki, martın 29-da ekoloji heyvandarlıqla məşğul olmaq istəyən fermerlərlə görüş keçirilib, onlarla müvafiq müqavilələr imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB