“Naxçıvan Aqrolizinq” ASC bol gübrə tədarük edib

Ötən il məhsul istehsalçılarına 4923 tondan çox mineral gübrə verilib
“Naxçıvan Aqrolizinq” ASC bol gübrə tədarük edib

Muxtar respublikada taxıl istehsalçıları tərəfindən zəmilərə gübrə verməsinə hazırlıq işləri aparılır. Bu məqsədlə "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətində torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə gübrə verilməsinə başlanılıb. Gübrələr mülkiyyətçilərə 70 faiz güzəştlə təklif edilir. Cəmiyyətdən verilən məlumata görə, ötən il məhsul istehsalçılarına 4 min 923 tondan çox mineral gübrə verilib. Bu il də cəmiyyətin mərkəzi və rayon bazalarında kifayət qədər gübrə tədarük olunub.

Uzun illərdir taxılçılıqla məşğul olan Seyfulla Mehdiyev bildirib ki, taxılçılıq gəlirli sahədir. Ötən il taxıl sahələrinin hər hektarından orta hesabla 40 sentner məhsul götürdüyünü deyən mülkiyyətçi "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən güzəştli gübrənin sərfəli olduğunu bildirib.

Qeyd edək ki, qarşıdan yaz-tarla işlərinin gəlməsi ilə əlaqədar olaraq, "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətində texnikalar və texnoloji avadanlıqlar da saz vəziyyətə gətirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə