SOCAR-ın “Qaz İxrac” İdarəsi 14,3 milyard kubmetr qaz həcmi qəbul edib

SOCAR-ın "Qaz İxrac" İdarəsi ötən il 14 milyard 309 milyon kubmetr qaz həcmi qəbul edib.

SİA-nın məlumatına görə, bu barədə "Qaz İxrac"ın rəisi Qağaməli Seyfullayev deyib.

O bildirib ki, uzunmüddətli alqı–satqı müqavilələri əsasında "Şahdəniz–1" yatağından hasil olunan qazın illik təqribən 6,6 milyard kubmetri Türkiyəyə, 0,8 milyard kubmetri Gürcüstana ixrac olunur və 1,5 milyard kubmetri Azərbaycanda saxlanılır. İdarə tərəfindən ötən il Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) 6,226 milyard kubmetr, digər əməliyyat şirkətlərindən və mənbələrdən 0,329 milyard kubmetr, "Azneft" İB-dən 7,456 milyard kubmetr və idxal qazı müqaviləsi üzrə 0,298 milyard kubmetr qaz qəbul olunub. Qəbul olunan qaz həcmləri "Azəriqaz" İB-yə, "Azərenerji" ASC-yə, "Azneft" İB-yə və Gürcüstana ötürülüb. Həmçinin "Azəriqaz" İB– yə 5,847, "Azərenerji" ASC–yə 4,296, Gürcüstana 1,321 milyard kubmetr təbii qaz nəql olunub. Texnoloji sərf 0,046 milyard kubmetr illik plana qarşı 0,031 milyard kubmetr (0,015 milyard kubmetr azalma) olub. İllik qaz itkisi 0,075 milyard kubmetr, 0,5 faiz plana qarşı 0,060 milyard kubmetr (0,4 faiz, 0,015 milyard kubmetr azalma) təşkil edir.

"Naxçıvan Muxtar Respublikasının qaza olan tələbatını təmin etmək məqsədilə Astara Magistral Qaz Kəmərləri Sisteminin kompressor stansiyasından yüksək təzyiqlə İran İslam Respublikasına uzunmüddətli (2025-ci ilədək) mübadilə (swap) müqaviləsi çərçivəsində 2016–cı il ərzində 0,261 milyard kubmetr təbii qaz verilib", - deyə idarə rəisi əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə