Arif Şəkərəliyev: "Azərbaycanın 150 -dən çox ölkə ilə ticarət əlaqələri var"

Arif Şəkərəliyev: "Azərbaycanın 150 -dən çox ölkə ilə ticarət əlaqələri var"

"İqtisadiyyatın təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsiaspektləri" konfransı çərçivəsində "İqtisadi təmizləmə vasitələri -beynəlxalq ticarətə dəstək" adlı sessiya keçirilib. SİA-nın xəbərinə görə, sessiyada ilk çıxış edən UNEC "Ticarət və gömrük işinin təşkili" kafedrasının müdiri Arif Şəkərəliyev Azərbaycanda müasir şəraitdə ixracın strukturunun qeyri-neft hesabına genişləndirilməsinin strateji hədəflərindən söz açıb. O bildirib ki, Azərbaycanda gömrük sisteminin inkişafında ölkənin təhlükəsizliyi, eləcə də daxili bazar əsas amil kimi götürülür. Onun sözlərinə görə, ölkəmizdə kənd təsərrüfatı sahəsində 3 dəfədən çox artım müşahidə olunur: "Ötən il iqtisadi sahəyə 3.6 milyard sərmayə qoyulub, 50 min yeni iş yerləri açılıb. Azərbaycan dünya ölkələri arasında sərmayə sahəsində maraq cəlb edənlər sırasındadır. Ötən il dövlət büscəsinə gömrük sahəsindən xeyli vəsait daxil olub. Bütün bunlar göstərir ki Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Azərbaycanın 150 dən çox dünya ölkələri ilə ticarət əlaqələri var". UNEC-in ən nüfuzlu universitetlərdən biri olduğunu dilə gətirən A.Şəkərəliyev əlavə edib ki, ali məktəbdə "Ticarət və gömrük işinin təşkili"kafedrası fəaliyyət göstərir: " Burada kadr hazırlanmaqla yanaşı elmi tədqiqat işləri aparılır. Böyük uğurlarımız, hədəflərimiz var. Azərbaycanda iqtisadiyyatın inkişafı ilə bağlı böyük islahatlar aparılır. Təhsil, gömrük, vergi, real sektorda böyük işlər həyata keçirilir". Sessiya məruzəçilərin çıxışı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə