Depozit hərracının nəticələri açıqlanıb

Depozit hərracının nəticələri açıqlanıb

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.

Bankdan SİA-ya məlumat verilib ki, dekabrın 26-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 30 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,10 faiz təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə