“Azərsu” ASC-yə 2 milyon manat maliyyə sanksiyası tətbiq edilib RƏSMİ

“Azərsu” ASC-yə 2 milyon manat maliyyə sanksiyası tətbiq edilib RƏSMİ

"Dövlət sektoru üzrə borclara görə dövlət büdcəsinin daxil olmasında əhəmiyyətli rol oynayan 7 iri vergi ödəyicisindən yalnız "Azərsu" ASC-nin faiz borcu və maliyyə sanksiyası tətbiq olunub". SİA-nın xəbərinə görə, bunu Vergilər Nazirliyinin vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib

Onun sözlərinə görə, faiz məbləğlərində əsasən, dövlət büdcəsinin daxil olmasında əhəmiyyətli rol oynayan 7 iri vergi ödəyicisindən yalnız "Azərsu" ASC-nin 20,8 milyon manat faiz borcu, 2 milyon manat maliyyə sanksiyası bu gün onun şəxsi vərəqində mövcuddur: "Digər qruplar isə sırf dövlət mülkiyyətində olan ayrı-ayrı ödəyicilər qrupuna malikdir. Ümumilikdə 7 iri tədiyyəcidən digər ödəyicilərdə praktiki olaraq faiz və maliyyə sanksiyası mövcud deyil".

Baş idarə rəisi vurğulayıb ki, hazırda vergi ödəyicilərinin ümumi borcları 1 dekabr vəziyyətinə 1 milyard 527 milyon manat təşkil edir ki, bunun 904,3 milyon manatı əsas vergi borcu, 237,1 milyon manatı maliyyə sanksiyasıdır, 386,4 milyon manatı isə faiz borcudur.

N.Şirinov əlavə edib ki, qanun layihəsi qəbul olunsa, vergi ödəyicilərinin borcu 904 milyon manata düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə