Millət vəkili: "Bu, sahibkarlığın inkişafına mane ola bilər" MÖVQE
"2017-ci ilin büdcə layihəsində sahibkarların vergi qanunvericiliyini pozduğuna görə, büdcəyə 90 milyon manat həcmində vəsaitin toplanması haqqında müddəanın əksini tapması, kiçik və orta sahibarlığın fəaliyyətini kölgə altına sala bilər". SİA-nın xəbərinə görə, bunu deputat Bəxtiyar Əliyev parlamentin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, büdcədə yer alan müddəa ümumilikdə ölkədə sahibkarlığın inkişafına maneçilik yarada bilər: "Əgər belədirsə, o zaman büdcəyə yol hərəkəti qaydalarını pozanlar, meşə qıranlar və digər sahələrdəki cərimələrlə bağlı proqnozlar da daxil edilsin. Bu, düzgün yanaşma deyil. Biz sahibkarlığın inkişafı üçün belə metodlardan istifadə etməməliyik. Əksinə sahibkarlara dəstək olmaqla bu sahənin inkişafına nail olmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB