Günün məzənnələri

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi məzənnələri açıqlayıb. AMB-dən SİA-ya verilən xəbərə görə, Dolların məzənnəsi sentyabr ayının 7-si ilə müqayisədə dəyişməyərək 1,6403 manat olub. Avro 0,02% zəifləyərək 1,8454 manat, rus rublu 0,39% bahalaşaraq 0,0256 manat olub.

Qardaş ölkənin milli valyutası da ucuzlaşıb. Belə ki, Türkiyə lirəsinin məzənnəsi 0,43% azalaraq 0,5589 manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə