"Azneft" İstehsalat Birliyi "Günəşli" yatağının mənimsənilməsini müvəffəqiyyətlə davam etdirir. SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, yenicə istismara verilmiş 7 saylı dərin dəniz özülündə 316 nömrəli ilk hasilat quyusu qazmadan sonra istismara verilib. Quyu məhsuldar qatın fasilə lay dəstəsindən qazlift üsulu ilə mənimsənilərək, süzgəclər açılmaqla 2753-2716 metr intervaldan sutkalıq 80 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB