Bakı Baş Gömrük İdarəsi yeni inzibati binaya köçüb. SİA-nın məlumatına görə, yeni inzibati binanın açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai iştirak edib.
Tədbirdə məlumat verilib ki, Bakı Baş Gömrük İdarəsinin strukturuna 10 şöbə, 10 gömrük postu və 9 bölmə daxildir. İdarədə 360-a yaxın əməkdaş çalışır. Yeni inzibati binada malların elektron formada bəyan olunmasının həyata keçirilməsi üçün hər cür şərait yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB