Ekspert: "ABŞ-da neft ehtiyyatları 1.07 milyon barel azalıb" MÜNASİBƏT

"Brent sortunun qiyməti ABŞ-dakı ehtiyyatların azaldılması haqqında məlumatın açıqlandığından sonra artmağa davam edir. Yüksəlişin digər səbəbini də qeyd etməyə ehtiyac vardır o da - dolların zəifləməsidir". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.

Onun sözlərinə görə, APİ (Amerika Neft İnstitutu) tərəfindən dərc olunmuş məlumatlara əsasən ötən həftə ərzində ABŞ-da neft ehtiyyatları 1.07 milyon barel azalıb: "Analitiklərin ehtimalına görə isə, əksinə bu rəqəm 2 milyon barel artmalı idi. Bu gün ABŞ energetika məlumatı idarəsinin rəsmi məlumatların dərc olunacağı gözlənilir. Digər tərəfdən, neftin qiymət drayverlərindən biri olan Rusiya energetika naziri Novakın açıqlaması olub. Neftin hasılatının dondurulmasına dair anlaşmaya gəlmək şansı hələ də mövcuddur. Dünya bankının analitikləri də neftin orta illik qiymətinin 37 dollardan 41 dollaradək artacağına dair proqnoz açıqlayıblar".

E.Əliyev əlavə edib ki, BP şirkətinin başçısı isə dünənki açıqlamasında neft bazarının balanslaşaçağını 2016-cı ilin sonunadək baş verəcəyinə dair açıqlama edib. Onun fikirincə neftin qiymətinin yüksəlməsi aktiv quyuların sayının artmasına və qiymətə təsir edəcəyinə müşahidə olunacaq və nəticə etibarı ilə qiymət 50 dollar civarında formalaşacaq. Sberbank mütəxəssislərinin fikrincə isə neftin qiymətinin artması ABŞ istehsalçılarını daha da fəallaşdıracaq və neft bazarının balanslaşacağını təhlükə ilə üzləşdirəcək".

Onu da xatırladaq ki, bir ay öncə Goldman Sachs mütəxəssisləri proqnoz vermişdilər ki, qiymətin 40 dollardan yuxarı qalxması slans neftin istehsalçılarını canlandıraraq və bazardakı tarazlığa xələl gətirərək qiymətə mənfi təsir edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə