Dünya bazarında neftin qiyməti ucuzlaşır. SİA-nın xəbərinə görə, hazırda dünya birjalarında "Brent" markalı neftin bir barelinin qiyməti 43.10 dollar, "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 40.36 dollar müəyyən olunub. "WTI" markalı neftin qiymətində də ucuzlaşma qeydə alınıb.

Azərbaycan nefti də ucuzlaşır. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,01 dollar və ya 0,02% azalaraq 44,72 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə