2017-ci ildə neftin qiyməti qalxacaq

2017-ci ildə neftin qiyməti qalxacaq

Beynəlxalq Valyuta Fondu (BVF) bu il və 2017-ci il üzrə neftin qiyməti ilə bağlı proqnozlarını aşağı salıb. SİA xəbər verir ki, BVF-nin yeni hesabatında bu il üzrə neftin orta qiyməti 35 dollar/barrel, 2017-ci ildə isə 41 dollar/barrel olacağı bildirilir.

Fond bundan əvvəlki hesabatında 2017-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barrel olacağını nəzərdə tutmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə