Hesablama Palatasının xərclər smetası azaldılıb

Hesablama Palatasının xərclər smetası azaldılıb

2016-cı il üçün Hesablama Palatasının xərclər smetası 47 026 manat və ya 1,24% azaldılıb. SİA-nın məlumatına görə, bu, "Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında" Milli Məclisin 2015-ci il 20 oktyabr tarixli qərarında dəyişiklik edilməsi ilə bağlı layihədə öz əksini tapıb.

Dəyişikliyə əsasən, bu il üçün Hesablama Palatasının xərclər smetası 3 mln. 778 min 468 manat təşkil edəcək.

Qeyd edək ki, ötən il oktyabrın 20-də Milli Məclis Hesablama Palatasının xərclər smetasını 3 mln. 825 min 494 manat səviyyəsində təsdiqləmişdi.

Layihə parlamentin bu gün keçirilən iclasında qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə