İri fermer təsərrüfatlarının yaradılmasının müsbət tərəfləri
"İri fermer təsərrüfatlarının yaranması həm iqtisadi, həm də praktik baxımından daha məqsədəuyğun hesab edilir və hazırda bu istiqamətdə işlər gedir". Bunu SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyib.
Onun sözlərinə görə, torpaq, su resurslarından səmərəli istifadə etmək, əmək resurslarını düzgün təşkil etmək üçün böyük təsərrüfatların yaranması vacib şərtlərdən biridir: "Azərbaycanda xırda təsərrüfat üstünlük təşkil edir. Hazırda Azərbaycanda 370-400 minə yaxın ayrı fermer təsərrüfatı var. Belə ki, 1 hektardan 5 hektara qədər payçı və təsərrüfatçıların faiz nisbəti 50 faizdən yuxarıdır. Belə təsərrüfatlarda lazımi texnologiyaların tətbiq etməyin özü problem yaradır. Ona görə də biz Kənd Təsərrüfatı Nazirliyi olaraq, fermerlərə assosiasiya, kooperasiya halında birləşərək, böyük təsərrüfat yaratmalarını tövsiyə edirik".
İ. Cümşüdov qeyd edib ki, belə təsərrüfat formaları gələcəkdə məhsulların maya dəyərindən aşağı düşməməsi, rəqabət qabiliyyətinin artması, dünya bazarında və digər ölkələrə ixrac etmək imkanları baxımından məqsədəuyğun hesab edilir: "Pilot sistemi olaraq ilk təşəbbüs Salyan rayonunun Qarabağlar kəndindən gəlib. 100-ə yaxın fermer və məhsul istehsalçısı kooperasiya halında istehsal kooperativi yaratmaq niyyəti ilə çıxış ediblər. Kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığı ilə Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədovla bərabər həmin təsərrüfatda olduq və təşəbbüsü dəstəklədik. Yaxın günlərdə bir daha həmin əraziyə gedəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB