Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent) "açıq qapı" günləri elan edir. Komitədən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent) hər ayın sonuncu həftəsinin cümə günü saat 10.00-dan 17.00-dək "Açıq qapı" günü elan edir.
Məqsəd Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 1713 nömrəli Sərəncamında qarşıya qoyulan vəzifələrlə əlaqədar ölkədə sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün yeni mühitin formalaşdırılmasına, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsi üçün "Made in Azerbaijan" brendinin təşviqinə, ölkədə istehsal olunan məhsulların xarici ölkələrə ixracı zamanı hüquqların müəyyənləşdirilməsi, qorunmasına, habelə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərlə bağlı bütün məsələlərə aydınlıq gətirmək və müvafiq köməkliklər göstərməkdən ibarətdir.
Mövzu ilə bağlı suallar "AzPatent"in mütəxəssisləri tərəfindən cavablandırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB