Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, İsmayıllı rayonunda sosial layihələrin həyata keçirilməsi, o cümlədən kəndlərin "mavi yanacaq"la təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Bu gün rayonun daha bir yaşayış məntəqəsinə - Qurbanəfəndi kəndinə təbii qaz verilib. Kəndə təbii qazın verilməsi təntənəli mərasimlə qeyd olunub. Mərasimdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə bildirilib ki, 243 abonentin olduğu Qurbanəfəndi kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 12455 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 243 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Habelə, vurğulanıb ki, artıq rayonun 37 kəndində 14400 abonent "mavi yanacaq" alır.
Kənd sakinləri təbii qazın verilməsinə, insanların sosial qayğılarına göstərdiyi diqqətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB