Samir Şərifov: "Neft bahalaşa bilər”

Samir Şərifov: "Neft bahalaşa bilər”

"2015-ci ilin yekunlarına görə, 1,4 mlrd. manat xəzinə qalığı yaranıb". SİA-nın xəbərinə görə, bu barədə maliyyə naziri Samir Şərifov bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, dünya iqtisadiyyatında baş verən prosesləri, 2014-cü ildə neftin ucuzlaşmağa başlaması və 2015-ci ildə də davam etdiyini nəzərə alaraq neftin büdcə xərclərində bəzi ixtisarların edilməsinə başlanılıb: "Bu addımların atılması nəticəsində Azərbaycan Dövlət Neft Fondunun xarici valyuta ehtiyatlarının 2,2 milyard ABŞ dolları məbləğində qənaətinə nail olmuşuq. 2015-ci ilin təsdiq olunmuş büdcəsində 1,7 milyard manatlıq kəsir əvəzinə yalnız 633 milyon manat səviyyəsində kəsirlə icra olunub. Yəni, büdcənin xərclər hissəsində 1,1 milyard manata qənaət edilib. Bu vəsaitin 2016-cı ildə istifadə edilməsini nəzərdə tuturuq. 2015-ci ilin gəlirlər hissəsi 88,2% xərclər üzrə 84,3% səviyyəsində icra olunub.

S. Şərifov 2016-cı ilin dövlət büdcəsində dürüstləşmə aparıldığını da söyləyib. O deyib ki, 2016-cı ilin yenilənmiş dövlət büdcəsində neftin baza qiyməti 25 dollardan götürülüb. "Bu, mühafizəkar bir yanaşmadır. Neftin qiymətinin 25 dollardan aşağı düşməsi iqtisadi məntiqə ziddir. Bu ilin ikinci yarısında neftin bahalaşması istisna olunmur".

Bütün xəbərlər Facebook səhifəmizdə