Yeni ilin ilk günü dünya birjalarında müxtəlif istiqamətlərdə cüzi bahalaşmalar müşahidə olunur. SİA-nın məlumatına görə, hazırda dünya bazarlarında "Brent" markalı neftin qiyməti son göstəricilərə nisbətən 0.82% bahalaşaraq 37.28 dollara qalxıb.
"Texas" markalı neftin qiymətində də dünənki göstəricilərə nisbətən bahalaşma var. Belə ki, birjalarda hazırda "Texas" (WTI) markalı neftin bir barelinin qiyməti 0.44% qalxaraq 37.04 dollar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB