“Qızılın qiyməti 950 ABŞ dollaradək ucuzlaşa bilər” AÇIQLAMA
"2016-cı ildə qızılın qiymətində enmə müşahidə olunacaq. Qiymətli metallar bazarında ixtisaslaşan ekspertlərin fikrincə, 2015-ci ildə başlanmış bu tendensiya 2016-ci ildə dayanıqlı formada davam edəcək". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.
Onun sözlərinə görə, Bloomberq mütəxəssislərin fikrincə qızılın minimal satış qiymətinin 950 dollar olması ehtimal olunur: "Bu təhlil makroiqtisadi göstəricilər, o cümlədən, ABŞ iqtisadiyyatının sabitləşməsi və 2016-ci ilin sonunadək federal ehtiyyatlar sisteminin ucot dərəcəsinin 1.5%-dək artacağı əsasında formalaşıb. Bu istiqamətdə ilk addım artıq bu il, 2015-ci ilin dekabr ayının 15-16-da atılacaq. İqtisadi proqnozlar yaxşılaşanda və uçot dərəcələri artanda, investorların maraqları riskli aktivlərə doğru yönəlməyə başlayır. Qızıl isə ənənəvi olaraq az riskli aktivlər kateqoriyasına aid edildiyi üçün, yüksələn bazarlarda bu aktivə investisiya marağı azalır və qızıl öz cəlbediciliyini itirir".
O əlavə edib ki, bir aktiv olaraq, qızıl artıq üçüncü ildir ki aşağı trend üzrə hərəkətini davam edir: "2000-ci ildən etibarən bu ən uzun sürən enmə trendi olub. Dekabr ayının 15 baş verəcək Federal Ehtiyyatlar sisteminin iclasında uçot dərəcəsinin artırılması baş verərsə, qızılın qiymətinin enməsi daha ardıcıl və davamlı olacaq. Uçot dərəcəsinin artırılması anons olmasa da, bunun baş verməsi ehtimalı yüksəkdir. Bu qənaətə ABŞ Mərkəzi Bankının başçısı xanım Canet Yellenin açıqlamalarını şərh edərkən gəlmək mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB