“Neftin bir barreli 30 dollar olsa, Rusiya özünü necə hiss edəcək?” AÇIQLAMA

“Neftin bir barreli 30 dollar olsa, Rusiya özünü necə hiss edəcək?” AÇIQLAMA

"30 dollarlıq neft Rusiya Federasiyası üçün nəinki qorxulu yuxu, maliyyə sisteminin mövcudluğunu təhlükə ilə üzləşdirəcək ən böyük riskidir. Bloomberg agentliyi ekspertlərinin 63% bu cür düşünür. Neftin qiymətinin enməsi bu risklər arasında ən böyüyüdür". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.

Onun sözlərinə görə, digər risklər arasında – geosiyasət, bank sisteminin problemləri və rublun məzənnəsidir: "Rusiyanın maliyyə nazirinin müavini Maksim Oreşkin bu perspektivə münasibətini bildirərkən noyabrın 30-da qeyd edib ki, Rusiya Federasiyası 40 dollarlıq neft kotirovkası ilə yaşamağa alışıb, lakin barelin qiymətinin 30 dollaradək enməsi baza ssenarisi olmadığı üçün gərginlik dərəcəsini daha da artıracaq. Raiffeisen bankının analitikləri də adaptasiyaya baxmayaraq Rusiya Federasiyası iqtisadiyyatının ən böyük riskini neftin qiymətinin mövcud səviyyələrdə qalmasını görürlər. Yaranacaq devalvasiya, rublun məzənnəsinin enməsi və büdcə problemlərinin qaynağını məhz bu indikatorlarla əlaqələndirirlər".

E.Əliyev əlavə edib ki, Bloomberg agentliyinin digər sorğusu isə onu göstərdi ki, Rusiya Federasiyasına qarşı yönəlmiş sanksiyalarının 12 ay ərzində aradan qaldırılacağı istisna olunmur: "ABŞ-ın sanskiyalarının növbəti il aradan qaldırılmasına ekspertlərin 20 faizi inanır. Amerikalı ekspetlərinin fikrincə, Rusiya iqdisadiyyatının artması yalnız sanksiyaların ləğvindən sonra müşahidə oluna bilər. Avropalı maliyyə ekspertləri isə düşünürlər ki, Rusiya ilə Avropa arasındakı münasibətlərin cüzi isinişməsinə baxmayaraq tərəflər bundan faydalanmayacaqlar. Bu isə kapitalın axınının və qeyri-kafi aktivlərin artmasına, Rusiya banklarının balanslarına növbəti zərbə vuracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə